Bayden Afrika liderləri ilə görüşdə yuxuya getdi - VİDEO

Bayden Afrika liderləri ilə görüşdə yuxuya getdi - VİDEO

Hazırda oxunan: Bayden Afrika liderləri ilə görüşdə yuxuya getdi - VİDEO

223799

ABŞ prezidenti Co Bayden Afrika liderləri ilə görüş zamanı gözlərini bir dəqiqədən çox yumaraq yuxuya gedib.

Bizim.Media xəbər verir ki, bu barədə “The Telegraph” yazıb.

82 yaşlı ABŞ prezidenti Anqola, Zambiya və Konqo Demokratik Respublikasının prezidentlərinin iştirak etdiyi Anqola sammitində yorğun görünüb və asta səslə danışıb.


Tanzaniyanın vitse-prezidenti Filip Mpanqonun çıxışı zamanı Bayden gözlərini yumub və əli ilə üzünü örtərək yuxuya gedib.

Bayden adətən tərcümə üçün istifadə edilən qulaqcıq taxsa da, həmin vaxt paneldəki hər kəs ingilis dilində danışıb.

Hadisə Baydenin 2021-ci ildə vəzifəyə gəldikdən sonra Anqolaya üç günlük səfərinin son günündə baş verib.

Xatırladaq ki, Bayden son bir il ərzində bir sıra beynəlxalq tədbirlərdə yuxuya getməkdə günahlandırılıb, dünya səhnəsində yaşına və boşboğazlığına görə tənqid edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO