Mark Zukerberq həyat yoldaşının unikal avtomobilini nümayiş etdirdi - FOTO

Mark Zukerberq həyat yoldaşının unikal avtomobilini nümayiş etdirdi - FOTO

Hazırda oxunan: Mark Zukerberq həyat yoldaşının unikal avtomobilini nümayiş etdirdi - FOTO
215042
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Meta" şirkətinin sahibi və təsisçisi Mark Zukerberq oktyabrın 7-də sosial şəbəkələrdə həyat yoldaşı Prisilla Çan üçün xüsusi olaraq hazırlanmış unikal "Porsche Cayenne" krossoverinin fotolarını dərc edib.

Bizim.Media xəbər verir ki, bu barədə "İzvestiya" məlumat yayıb.

ABŞ-ın "West Coast Customs" tüninq studiyası "Porsche Cayenne Turbo GT" krossoverini genişləndirərək onu minivenə çevirib.

Zukerberqin dediyinə görə, həyat yoldaşı və uşaqlarına mikroavtobus lazım idi. Avtomobilin salonunda üç sıra oturacaq var və həmçinin sürüşən qapılarla təchiz olunub. "Porsche" bu kuzov üslubunda avtomobil istehsal etmir.

Qeyri-adi "Cayenne" ilə yanaşı, Zukerberq özünün istifadə edəcəyi mexaniki transmissiyalı "911 GT3 Touring" kupesini də nümayiş etdirib.



Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO