
- A-
- A
- A+
Dünya
17:35 / 29.09.2024
1 dəq oxunma
İranın xarici işlər naziri İsraili təhdid etdi: "Qisas alınacaq"
Hazırda oxunan: İranın xarici işlər naziri İsraili təhdid etdi: "Qisas alınacaq"
213705
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
İran XİN SEPAH generalını öldürdüyünə görə İsraildən qisas alacağını deyib.
Bizim.Media xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.
Bildirilib ki, bu gün İranın xarici işlər naziri Abbas Əraqçı SEPAH-ın Qüds qanadının komandanının əməliyyat üzrə müavini general Abbas Nilfuruşanın ölümü ilə bağlı başsağlığı verib.
"Bu çirkin və qorxaq addım sionist rejim və onun məlum tərəfdarlarının terrorçu, cinayətkar mahiyyətinin növbəti nümunəsidir. İsrailin bu cinayəti heç vaxt cavabsız qalmayacaq", - deyə Əraqçı bəyan edib.
İran XİN qeyd edib ki, diplomatik qurum bu addımları mühakimə etmək üçün bütün siyasi, diplomatik, hüquqi və beynəlxalq imkanlardan istifadə edəcək.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən




































































































