Moderator.az xəbər verir ki, "Zeytin Budağı" hərəkatı çərçivəsində dünən gecə həyata keçirilən hava hücumunda İŞİD və PKK-çılara aid sığınacaq və sursat bazalarının məhv edildiyi anların görüntüləri yayılıb.
Həmçinin silah anbarı kimi istifadə olunan 19 hədəf məhv edilib. Qırıcıların terror təşkilatlarına aid sığınacaq və sursat bazalarını vurduğu an kameralara saniyə-saniyə əks olunub. Hərəkata qatılan təyyarələrdən çəkilən görüntülərdə hədəflərin tam dəqiq vurulduğu aydın görünür.


































































































