Bu il Türkiyədə son 54 ilin ən isti yayı qeydə alındı

Bu il Türkiyədə son 54 ilin ən isti yayı qeydə alındı

Hazırda oxunan: Bu il Türkiyədə son 54 ilin ən isti yayı qeydə alındı
212012
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu il Türkiyədə 1970-ci ildən bəri ən isti yay fəsli qeydə alınıb. Fəsil ərzində ölkədə orta temperatur normadan ən az 2 dərəcə yüksək olub.

Bizim.Media xəbər verir ki, bu barədə İqlim Mərkəzi Beynəlxalq Araşdırma Qurumunun “İqlim dəyişikliyi indeksi” üzrə hesabatında bildirilib.

Hesablamalara əsasən, ölkə üzrə yay ayları boyunca təxminən 76 milyon insan ən azı 30 gün ərzində iqlim dəyişikliyinin yaratdığı və insan sağlamlığı üçün potensial riskli hesab edilən ekstremal temperaturlara məruz qalıb. Bu da əhalinin 88 faizini təşkil edir. İqlim dəyişikliyinin yaratdığı yüksək temperaturdan 90-53 gün arası, yəni ən uzun müddət təsirlənən şəhərlər arasında Mersin, Adana, Dənizli, Diyarbəkir və İzmir yer alıb. Yüksək temperatur İstanbulda 47, Ankarada isə 41 gün ərzində hiss olunub.

Tədqiqatlar onu göstərir ki, bu ilin iyun-avqust ayları ərzində dünyanın 72 ölkəsində 2 milyard insan (hər dörd nəfərdən biri) ən azı 30 gün bu cür istilərdən təsirlənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO