Bağdadinin qaçdığı yer məlum oldu  – Yeni İŞİD bu ölkələrdə QURULACAQ

Bağdadinin qaçdığı yer məlum oldu – Yeni İŞİD bu ölkələrdə QURULACAQ

Hazırda oxunan: Bağdadinin qaçdığı yer məlum oldu – Yeni İŞİD bu ölkələrdə QURULACAQ

210743
İraq və Suriyada ələ keçirdiyi torpaqların demək olar ki, hamısını itirən İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadi Afrikaya qaçıb.

Publika.az xəbər verir ki, bu haqda İŞİD üzrə mütəxəssis Hişam əl-Haşimi Böyük Britaniyanın “The Sun” qəzetinə bildirib.

O, Bağdadinin Niger-Əlcəzair sərhədinin qanundan uzaq bölgələrində, ya da Çadın şimalında gizləndiyini söyləyib.

“İŞİD-in 43 əsas liderindən yalnız Bağdadi həyatda qaldı. Yüksək rütbəli 79 komandirdən yalnız 10-u yaşayır. Orta rütbəli 124 komandirin isə vəzifələri tez-tez dəyişir, çünki təşkilat davamlı olaraq itki verir”, - mütəxəssis deyib.

Bağdadinin son 18 ay ərzində Suriya-İraq sərhədindəki Əbu Kamal, Şirkat və Baajda göründüyünə dair iddiaları xatırladan Haşiminin sözlərinə görə, İŞİD Anbar və Fərat ətrafında varlığını hələ də göstərə bilər. Mütəxəssis qeyd edir ki, lider heyəti dağıldığı üçün buradakı terrorçular hazırda “yatan hücrə” statusu daşıyırlar.

Onun sözlərinə görə, Bağdadi 6 minə qədər afrikalı ilə yeni bir qruplaşma yarada bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO