Tramp bu həbsxananı bağlamaqdan imtina etdi

Tramp bu həbsxananı bağlamaqdan imtina etdi

Hazırda oxunan: Tramp bu həbsxananı bağlamaqdan imtina etdi

210550
ABŞ prezidenti Donald Tramp “Quantanamo” hərbi bazasındakı həbsxananın bağlanılmasını nəzərdə tutan proqramı ləğv edib.xa0xa0

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə D. Tramp ölkədəki vəziyyətə dair Konqresdə illik nitqində bildirib.xa0 xa0xa0

“İndiyədək biz, İŞİD lideri Əl Bağdadi də daxil olmaqla, yüzlərlə terrorçunu əbəs yerə azadlığa buraxırdıq ki, döyüş meydanında onlarla təkrar üz-üzə gələk”, - deyə D.Tramp qeyd edib.xa0xa0

“Quantanamo” həbsxanasının bağlanılması əvvəlki prezident Barak Obamanın əsas seçkiqabağı vədlərindən biri olmuşdu. Lakin Konqres həbsxananın bağlanılmasını maliyyələşdirməkdən imtina etmişdi. Buna baxmayaraq, B.Obama xeyli məhbusun digər ölkələrə köçürülərək azadlığa çıxmasını təmin edə bilmişdi.

xa0Hazırda “Quantanamo” həbsxanasında 41 məhbus saxlanılır.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO