Türkiyə PYD və YPG terrorçularının mövqelərini bombalamağa davam edəcək. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Dövlət başçısı bildirib ki, Türkiyə PYD, YPG və regionda bütün terror təşkilatları ilə qətiyyətlə mübarizə aparacaq.
R.T.Ərdoğan vurğulayıb ki, ABŞ-ın PYD və YPG ilə bağlı mövqeyi yanlışdır.
Xatırladaq ki, ötən gün Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın PYD və YPG ilə əməkdaşlığının rəsmi Vaşinqtonun öhdəlikləri və bəyanatları ilə ziddiyyət təşkil etdiyini və Türkiyənin milli təhlükəsizliyini təhdid etdiyini bildirib.

































































































