Ərdoğan Zelenski ilə regional və qlobal məsələləri MÜZAKİRƏ ETDİ

Ərdoğan Zelenski ilə regional və qlobal məsələləri MÜZAKİRƏ ETDİ

Hazırda oxunan: Ərdoğan Zelenski ilə regional və qlobal məsələləri MÜZAKİRƏ ETDİ
201637
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO dövlət və hökumət başçıları sammitində iştirakı çərçivəsində ABŞ-ın paytaxtı Vaşinqtonda Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüş sammitin keçirildiyi Walter E. Konqres Mərkəzində baş tutub.
Məlumata görə, görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, kəşfiyyat rəhbəri İbrahim Kalın, prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri səfir Akif Çağatay Kılıç iştirak ediblər.

Ukrayna-Rusiya müharibəsinin gedişi, regional və qlobal məsələlərin müzakirə edildiyi görüşdə Ərdoğan Türkiyənin Ukrayna-Rusiya müharibəsini ədalətli sülh yolu ilə bitirmək üçün səylərini davam etdirdiyini, Qara dənizdə taxıl təşəbbüsünün yenidən canlandırılması üçün işlərə başladığını bildirib.

Ərdoğan həmçinin Türkiyənin sülhə zəmin yaratmaq üçün vasitəçilik də daxil olmaqla istənilən təşəbbüsə hazır olduğunu bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO