Sabah Baydenlə Trampın ilk debatı keçiriləcək

Sabah Baydenlə Trampın ilk debatı keçiriləcək

Hazırda oxunan: Sabah Baydenlə Trampın ilk debatı keçiriləcək
199226
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dördillik fasilədən sonra sabah ABŞ Prezidenti Co Baydenlə onun sələfi Donald Tramp arasında prezident seçkiləri öncəsi ilk debat keçiriləcək. 

Bizim.Media xəbər verir ki, debat yerli vaxtla iyunun 27-si saat 21:00-da (Bakı vaxtı ilə 28 iyun saat 05:00) başlayacaq. Bu debat prezident seçkiləri ilə bağlı ənənəvi debatlardan erkən təşkil olunub.

Debat CNN-in Atlanta şəhərində yerləşən binasında baş tutacaq. Ceyk Tapper və Dana Baş debatın moderatorları olacaqlar. Debatda tamaşaçı iştirak etməyəcək. Veriliş CNN-ə məxsus kanallarda canlı yayımlanacaq.

Debat zamanı yalnız çıxış haqqı olan namizədin mikrofonu açıq olacaq. Moderatorlara vaxtı müəyyən etmək və müzakirəni təmin etmək üçün bütün vasitələrdən istifadə etmək səlahiyyəti veriləcək. Debata Bayden başlayacaq.
81 yaşlı Co Bayden və 78 yaşlı Donald Tramp ABŞ tarixində prezident seçkilərində ən yaşlı namizədlərdir.

Növbəti debat ABC kanalı tərəfindən sentyabrın 10-da təşkil olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO