Svarzenegger: “Son Oskar mərasimi çox darıxdırıcı keçdi”

Hazırda oxunan: Svarzenegger: “Son Oskar mərasimi çox darıxdırıcı keçdi”

19465

Hollivudun tanınmış aktyoru Arnold Svarzenegger son Oskar mükafatının mərasimini “çox darıxdırıcı” adlandırıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “korrespondent.net” saytı yayıb.

Mənbə yazır ki, aktyor “Jimmy Kimmel Live” YouTube kanalında yayımlanan “Jimmy Kimmel” şousunda fikirlərini bölüşüb.

“Terminator”un ulduzu mərasimin yalnız üçdə birini izlədiyini və sonra sadəcə televizoru söndürdüyünü vurğulayıb.

"Səhnədə bu qədər istedad olduğundan çox izləyə bilmədim, çünki darıxdırıcı idi. Belə istedadlı insanlarla mərasimi necə darıxdırıcı etdilər?", deyə aktyor təəccüblənib.

Aparıcı tədbiri daha yaxşı keçirməyin mümkün olub-olmadığını soruşduqda, Şvartsenegger zarafatla deyib ki, növbəti dəfə gimnastlar və idmançıların toplandığı Santa Monikada keçirilməlidir.

Qeyd edək ki, 93-cü Oskar mərasimi mövcud olduğu tarix boyu ən aşağı reytinqi qazanıb. İzləyicilərinin sayı keçən ilə nisbətən 2 dəfə azalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO