Ərdoğan TDT-yə üzv və müşahidəçi ölkələrin Məhkəmə-Hüquq şuraları sədrlərinin toplantısına qatılıb

Ərdoğan TDT-yə üzv və müşahidəçi ölkələrin Məhkəmə-Hüquq şuraları sədrlərinin toplantısına qatılıb

Hazırda oxunan: Ərdoğan TDT-yə üzv və müşahidəçi ölkələrin Məhkəmə-Hüquq şuraları sədrlərinin toplantısına qatılıb

193892

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Məhkəmə-Hüquq şuraları sədrlərinin toplantısında iştirak edib.

Bizim.Media “TRT Haber”ə istinadən xəbər verir ki, görüşdə Azərbaycan Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov da iştirak edib.

Görüş İstanbul Lütfi Kırdar Beynəlxalq Konqres və Sərgi Mərkəzində baş tutub. Tədbir iştirakçıları arasında Türkiyənin ədliyyə naziri, ölkənin Hakimlər və Prokurorlar Şurasının İdarə Heyətinin sədri Yılmaz Tunç, Türk Dövlətləri Təşkilatının baş katibi Kubaniçbek Ömüralıyev, Türkiyənin Hakimlər və Prokurorlar Şurasının Baş katibi Atilla Öztürk, üzv ölkələrin məhkəmə və məhkəmə şuralarının sədrləri də olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO