Robert Fitso:

Robert Fitso: "Makron ölkəmizdə populyar siyasətçi sayılmır"

Hazırda oxunan: Robert Fitso: "Makron ölkəmizdə populyar siyasətçi sayılmır"

191015

"Makron ölkəmizdə populyar siyasətçi sayılmır və bu prinsipdir ki, mən niyə ondan danışım? Amma Fransa Prezidenti Avropa əsgərlərinin müharibədə iştirakı barədə fikirlərini açıq şəkildə söylədi və mən bunu dərhal, tamamilə rədd etdim. Çünki bu, üçüncü dünya müharibəsinin başlaması olardı".

Bizim.Media xəbər verir ki, bunu mayın 7-də Slovakiya Respublikasının Baş naziri Robert Fitso Bakı şəhərində Azərbaycan jurnalistlərinə müsahibəsi zamanı deyib.

Onun sözlərinə görə, Avropa İttifaqında Azərbaycanla baş verənlərlə bağlı çox ölkənin obyektiv yanaşması lazımdır:

"Ukrayna ilə bağlı da dedim, ərazi bütövlüyü qorunmalıdır. Sizin də ərazi bütövlüyünüzün qorunması lazımdır. Bu, sizin torpaqlarınızdır. Əgər Avropa İttifaqında 3-4 ölkə eyni mövqedən çıxış etsəydi, gərginlik bəlkə də bu səviyyədə olmazdı. Onlar ərazicə balaca ölkənin özünə güvənərək hərəkət etməsini sevmirlər. Bu cür ölkə olmağınızla fəxr etməlisiniz".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO