Ərdoğan 13 ildən sonra ilk dəfə İraqa getdi - FOTO

Hazırda oxunan: Ərdoğan 13 ildən sonra ilk dəfə İraqa getdi - FOTO

188350

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 13 ildən sonra ilk dəfə İraqa rəsmi səfərə gedib.

Bizim.Media xəbər verir ki, bu barədə türk mətbuatı yazıb.

Mənbə qeyd edir ki, Türkiyə lideri səfər çərçivəsində İraq Prezidenti Əbdüllətif Camal Rəşid, Baş nazir Məhəmməd Şiya əs-Sudani ilə görüşəcək.

Eyni zamanda təhlükəsizlik məsələsi başda olmaqla ticarət əlaqələri, su problemi, təbii qaz və neft ixracı müzakirə olunacaq. Tərəflər arasında terrora qarşı mübarizə mərkəzinin yaradılması da planlaşdırılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO