II Ramzesin heykəlinin bir parçası İsveçrədən Misirə qaytarıdı

II Ramzesin heykəlinin bir parçası İsveçrədən Misirə qaytarıdı

Hazırda oxunan: II Ramzesin heykəlinin bir parçası İsveçrədən Misirə qaytarıdı

188271

2023-cü ilin iyulunda Misirin Berndəki səfirliyinə təhvil verilən firon II Ramzesin heykəlinin bir parçası vətəninə qaytarılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb.

Misirin Berndəki səfirliyi azı 3,4 min il yaşı olan qədim artefaktı ölkəyə qaytarıb. Heykəlin parçası "EgyptAir"in xüsusi reysi ilə çatdırılıb.

Bundan əvvəl ötən ay Misir-ABŞ birgə arxeoloji missiyası Misirin Minya şəhərinin cənubunda aparılan qazıntılar zamanı firon II Ramzesin nəhəng heykəlinin yuxarı hissəsini aşkar edib.
Böyük Ramzes kimi də tanınan Misirin on doqquzuncu sülaləsinin üçüncü fironu eramızdan əvvəl 1279-1213-cü illərdə hökmranlıq edib. Heykəlin bütöv ölçüsü onun onilliklər əvvəl qazılmış alt hissəsi ilə birləşdikdə, təxminən 7 metrə çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO