Zelenskidən Rusiyanın Ukrayna ilə sərhəddən qoşunları geri çəkməsinə münasibət - FOTO

Hazırda oxunan: Zelenskidən Rusiyanın Ukrayna ilə sərhəddən qoşunları geri çəkməsinə münasibət - FOTO

18751

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın Ukrayna ilə sərhədindən hərbi birləşmələrini geri çəkməsinə münasibət bildirib

Bizim.Media xəbər verir ki, Ukrayna Prezidenti "Twitter" hesabında bu barədə  paylaşım edib.

“Sərhəddəki hərbi birləşmələrin azalması mütənasib olaraq gərginliyi də azaldır. Ukrayna hər zaman ayıq-sayıqdır, lakin eyni zamanda hərbi mövcudluğu azaldan və Donbassdakı vəziyyətin de-eskalasiya ilə bağlı atılan istənilən addımı alqışlayır. Ukrayna sülh istəyir. Beynəlxalq tərəfdaşlara verdikləri dəstək üçün minnətadaram".

Qeyd edək ki, bu gün Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Cənub və Qərb Hərbi Dairələrinin yoxlama tədbirlərini bitirməsi barədə qərar qəbul edib.

Rusiyalı nazir hərbi dairələrin və Hava-Desant Qüvvələrinin komandanlarına aprelin 23-dən etibarən qoşunların daimi dislokasiya yerinə qaytarılması əmrini verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO