Vyetnamın ən zəngin qadınına ölüm hökmü VERİLDİ 

Vyetnamın ən zəngin qadınına ölüm hökmü VERİLDİ 

Hazırda oxunan: Vyetnamın ən zəngin qadınına ölüm hökmü VERİLDİ 
186869
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Vyetnamda ölkənin ən zəngin qadınlarından biri olan 67 yaşlı Çıonq Mi Lan haqqında ölüm hökmü çıxarılıb. 

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb əmlak maqnatının ölkənin ən böyük banklarından birini 11 il ərzində talaması olub.

O, mənimsəmə, rüşvətxorluq və maliyyə cinayətlərinə görə təqsirli bilinib. Belə ki, o, ən azı 42 min insana təsir edən fırıldaqçılıqda ittiham edilib. 

Bildirilib ki, Çıonq "Saigon Commercial Bank"dan qanunsuz olaraq təxminən 12,5 milyard dollar götürüb. Milyarder 27 milyard dollar geri qaytarmalı imiş, lakin o pulu geri ödəməyib.  
Ehtimal olunur ki, məhkəmə ona təzyiq göstərmək və oğurlanmış pulların heç olmasa bir hissəsini geri qaytarmağa məcbur etmək üçün iş qadınına ölüm hökmü çıxarıb. 

Vyetnamın ən zəngin qadınına ölüm hökmü VERİLDİ  - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO