İsrail Prezidenti Qəzzada könüllülərin ölümünə görə üzr istədi

İsrail Prezidenti Qəzzada könüllülərin ölümünə görə üzr istədi

Hazırda oxunan: İsrail Prezidenti Qəzzada könüllülərin ölümünə görə üzr istədi
185406
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İsrail Prezidenti İsxak Hersoq “Dünya mərkəzi mətbəxi" qeyri-hökumət təşkilatının (QHT) Qəzza zolağında 7 könüllüsünün İsrail ordusunun zərbəsi nəticəsində ölümü ilə əlaqədar üzr istəyib.

Bizim.Media xəbər verir ki, bu barədə İsrail Prezidentinin Dəftərxanası məlumat yayıb.

"Prezident İsxak Hersoq “Dünya mərkəzi mətbəxi"nin qurucusu Xose Andresə zəng edib, ötən gecə Qəzza zolağında təşkilatın işçilərinin faciəli ölümü ilə əlaqədar üzr istəyib və dərin hüznlə başsağlığı verib, həmçinin ölənlərin ailələrinə başsağlığı verdi", - İsrail Prezidentinin Dəftərxanasının “X” sosial şəbəkəsindəki paylaşımında qeyd edilir.

Hersoq xeyriyyə təşkilatı könüllülərinin ölümü ilə bağlı hərtərəfli araşdırma aparılacağına söz verib.

"Dünya mərkəzi mətbəxi"nin məlumatına görə, İsrail zərbəsi nəticəsində təşkilatın yeddi əməkdaşı, o cümlədən Avstraliya, Böyük Britaniya, Polşa vətəndaşları, fələstinlilər, həmçinin ABŞ və Kanadanın ikili vətəndaşlığı olan 1 nəfər həlak olub.

"Dünya mərkəzi mətbəxi" xeyriyyə təşkilatı 2010-cu ildən fəaliyyət göstərir, onun təsisçisi məşhur amerikalı aşpaz Xose Andresdir.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO