Belqorod vilayəti atəşə tutuldu - 5 ölü var

Belqorod vilayəti atəşə tutuldu - 5 ölü var

Hazırda oxunan: Belqorod vilayəti atəşə tutuldu - 5 ölü var
184058
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyanın Ukrayna ilə sərhədyanı Belqorod vilayətinin atəşə tutulması nəticəsində beş nəfər yaralanıb.

Bizim.Media “Mash” Telegram kanalına istinadən xəbər verir ki, hava hücumundan müdafiə bütün raketləri zərərsizləşdirə bilib.

Bildirilib ki, hücum nəticəsində beş nəfərin yaralanması ilə yanaşı çoxmərtəbəli bina, Belqorod Dövlət Texnologiya Universitetinin yataqxanası, supermarket və bir neçə avtomobilə ziyan dəyib.

Eyni zamanda, “Baza” yaralı sayının altı nəfər olduğunu açıqlayıb. Vilayətin qubernatoru Vyaçeslav Qladkov zərərçəkmişlər barədə hələlik açıqlama verməyib.

Xatırladaq ki, martın 20-dən Rusiyanın Belqorod vilayətində bir sıra yaşayış məntəqələrinə giriş məhdudlaşdırılıb.
Martın 19-da Rusiya Prezidenti Vladimir Putin diversiya qruplarının Rusiya soxulması cəhdlərindən söz açıb.

Martın 17-də Ukrayna tərəfdə savaşan “Rusiyanın azadlığı” legionu Belqorodun yaşayış məntəqəsini nəzarətə aldığını açıqlayıb.

Martın 15-də Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andriy Yusov diversiya qruplarının Rusiyanın Belqorod və Kursk vilayətlərinin “aktiv döyüş əməliyyatları zonasına” çevirdiyini bəyan edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO