Rusiya XİN Moskvada baş verən hadisəni qanlı terror aktı adlandırıb - VİDEO

Rusiya XİN Moskvada baş verən hadisəni qanlı terror aktı adlandırıb - VİDEO

Hazırda oxunan: Rusiya XİN Moskvada baş verən hadisəni qanlı terror aktı adlandırıb - VİDEO

183797

Rusiya Xarici İşlər Nazirliyi hadisəni qanlı terror aktı adlandırıb.

Bizim.Media xəbər verir ki, ilkin məlumatlara görə, yanğınsöndürənlər “Crocus City Hall”dan təxminən 100 nəfəri təxliyə ediblər.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov hadisə yerinə gedib, ölənlərin ailələrinə başsağlığı verib.

Rusiya Milli Qvardiyasının Qoşun Xidmətlərinin (“Rosqvardiya”) xüsusi bölmələrinin döyüşçüləri hadisə yerindədirlər.

Şahidlərin bəziləri atəş açanların 5 saqqallı şəxs olduğunu bildiriblər. Onların hələ də binada qaldıqları ehtimal edilir.
“112” teleqram kanalı isə hadisə nəticəsində 40 nəfərin öldüyünü, 100-dən çox adamın xəsarət aldığını yazır.

Hadisə ilə əlaqədar, həmçinin Moskvanın beynəlxalq aeroportlarında təhlükəsizlik tədbirləri gücləndirilib.
 


Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO