Zelenski:

Zelenski: "Mən Türkiyəyə minnətdaram" - YENİLƏNİB/FOTO/VİDEO

Hazırda oxunan: Zelenski: "Mən Türkiyəyə minnətdaram" - YENİLƏNİB/FOTO/VİDEO

181739

Ukraynanı etibarlı dəstəklədiyinə görə mən Türkiyəyə minnətdaram.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Preidenti Vladimir Zelenski "X" hesabında bildirib.

Bildirilib ki, hər iki ölkə Qara dənizdə bütün regionun qlobal ərzaq təhlükəsizliyini dəstəkləyir. Bunun üçün gəmiçiliyin təhlükəsizliyi əsas şərtdir. Buna birlikdə nail ola bilərik.

"Biz Türkiyə müdafiə şirkətləri ilə ikitərəfli əməkdaşlığın və birgə istehsalın gücləndirilməsində maraqlıyıq. Hərbi əsirlərimizin o cümlədən Rusiyanın əsirliyində olan Krım tatarlarının azad edilməsində Türkiyənin köməyinə ehtiyacımız var", - deyə Zelenski bildirib.

*** 20:33

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşü başlayıb.

Bizim.Media xəbər verir ki, görüş İstanbuldakı Dolmabağça İş Ofisində keçirilir.

Görüş zamanı Ukrayna ilə Rusiya arasında davam edən müharibənin gedişi, Taxıl Dəhlizi Sazişinin davam etdirilməsi, bölgədə daimi sülh təşəbbüslərinin müzakirə edilməsi nəzərdə tutulub.
 







Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO