“Rusiyanın İŞİD-i Aralıq dənizindən vurması Qərbə əzələ nümayişidir”x9d

“Rusiyanın İŞİD-i Aralıq dənizindən vurması Qərbə əzələ nümayişidir”x9d

Hazırda oxunan: “Rusiyanın İŞİD-i Aralıq dənizindən vurması Qərbə əzələ nümayişidir”x9d

179949

Məlum olduğu kimi, Rusiya Suriyadakı İŞİD mövqelərinə Aralıq dənizindəki gəmi və sualtı qayıqlarından raket zərbələri endirib. Maraqlıdır, Suriyada nəhəng hərbi bazalara sahib olan Rusiyanın İŞİD-i Aralıq dənizindən vurması son vaxtlar Qərblə ciddi qarşıdurma şəraitində olan Kremlin ABŞ və Avropaya əzələ nümayişi kimi də dəyərləndirilə bilərmi?

Moderator.az-a açıqlama verən Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin prezidenti, politoloq Natiq Miri bunu əzələ nümayişi kimi dəyərləndirməyin mümkün olduğunu təsdiqlədi:

“Rusiyanın bu addımı güc nümayişidir. “Kalibr”x9d tipli raketlərlə gəmidən uzaq məsafədəki hədəfə nöqtə atışı həyata keçirmək mümkün deyil. Adətən böyük bazaları vurmaq üçün bu raketlərdən istifadə olunur. Lakin hesab edirəm ki, Rusiyanın burada hədəfləri tamamilə fərqlidir. Bu, daha çox Rusiyanın Suriyada əldə etdiyi kəşfiyyat informasiyalarına söykənir. Çünki belə bir informasiya mövcuddur ki, ABŞ Suriyada simvolik paytaxt olan Rakkanı döyüşsüz azad etmək üçün İŞİD-lə danışıqlara gedib. Bu danışıqlar bir neçə həftədir ki, davam edir. Bu danışıqları aparan isə PKK-nın Suriya qanadı olan PYD terrorçularıdır. Rusiya bundan xəbər tutduğu, ABŞ-ın bu bölgədə daha çox ərazi zəbt etməməsi üçün belə bir addım atdı.

Rusiya yaxın günlərdə qırıcı təyyarələrin köməi ilə İŞİD-ə qarşı əməliyyat keçirdi ki, nəticədə İŞİD-in maşın kalonu sıradan çıxarıldı. Palmira şəhərində olan İŞİD obyektlərinin “Kalibr”x9d raketləri ilə vurulması da ABŞ-İŞİD sövdələşməsinə bir cavabdır. Bu, həm də ABŞ-a qarşı güc nümayişidir”x9d.

xa0

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO