İlon Mask dünyanın ƏN ZƏNGİNLƏRİ siyahısında GERİLƏDİ - FOTO

İlon Mask dünyanın ƏN ZƏNGİNLƏRİ siyahısında GERİLƏDİ - FOTO

Hazırda oxunan: İlon Mask dünyanın ƏN ZƏNGİNLƏRİ siyahısında GERİLƏDİ - FOTO

175304

"Forbes" jurnalı dünyanın ən varlı adamlarının siyahısını açıqlayıb.

Bizim.Media xəbər verir ki, LVMH (Louis Vuitton Moet Hennessy) şirkətlər qrupunun prezidenti Bernard Arnault dünyanın ən varlı adamları siyahısında ilk pillədə yer alıb.

Belə ki, o, sərvətini 22,3 milyard dollar artıraraq, 206,4 milyard dollarla "SpaceX" və "Tesla" şirkətlərinin qurucusu, milyarder İlon Maskı geridə qoyub.

İlon Mask isə 205,8 milyard dollar vəsaitlə ikinci pillədə yer alıb.
Siyahının üçüncüsü olaraq "Amazon"un yaradıcısı Ceff Bezos 181,3 milyard dollarlıq sərvətlə qərarlaşıb.

Dördüncü pillədə amerikalı iş adamı, proqram təminatı şirkəti Oracle Corporation-ın həmtəsisçisi Lourens Cozef Ellison (142,4 milyard dollar), beşinci sırada isə “Meta” korporasiyasının rəhbəri Mark Zukerberq (139,0 milyard dollar) yer alıb.




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO