Rus ordusu Kiyevə zərbə endirdi - FOTO/VİDEO

Rus ordusu Kiyevə zərbə endirdi - FOTO/VİDEO

Hazırda oxunan: Rus ordusu Kiyevə zərbə endirdi - FOTO/VİDEO

174684

Rus ordusu Ukraynanın paytaxtı Kiyev şəhərinə zərbə endirib. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Kiyev hərbi administrasiyası yayıb. 

Partlayışlar nəticəsində yanğın qeydə alınıb. Uşaq bağçası, yaşayış binası zədələnib, bir neçə maşın yanıb. Peçerski rayonunda qeyri-yaşayış binasına ziyan dəyib. 

Sakinlərə həyəcan siqnalı dayanana qədər sığınacaqlarda qalmaq tövsiyə edilib. 

Xarkova edilən hücum zamanı isə qaz kəməri yanıb. Şəhərətrafı ərazilərdə 4 hücum qeydə alınıb. İlkin məlumatlara görə, qəlpələrdən uşaqlar və bir qadın yaralanıb. 

Başqa bir ərazidə ruslar xəstə uşaqlar üçün sanatoriya məktəbini dağıdıblar.
 


 


Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO