Ukrayna Belqorodu, Rusiya isə Xarkovu BOMBALADI – VİDEO 

Ukrayna Belqorodu, Rusiya isə Xarkovu BOMBALADI – VİDEO 

Hazırda oxunan: Ukrayna Belqorodu, Rusiya isə Xarkovu BOMBALADI – VİDEO 

173817

Rusiya ordusu Xarkovun mərkəzinə raket zərbəsi endirib. 

Bizim.Media xəbər verir ki, nəticədə 17 nəfər yaralanıb. 

2 nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.

İlkin məlumatlara görə, Xarkova hücum S-300 raketləri ilə həyata keçirilib. Şəhərin meri İqor Terexov partlayışlar nəticəsində azı 10 yaşayış evinə ziyan dəydiyini bildirib. 

Xarkov vilayətinin polis rəisi Vladimir Timoşka raketlərin yolun hərəkət hissəsinə də düşdüyünü və yaşayış evləri ilə yanaşı, xəstəxanaya da ziyan dəydiyini açıqlayıb. 

Bundan əlavə, Rusiyanın Belqorod vilayəti üzərində 7 Pilotsuz uçuş aparatı zərərsizləşdirilib. Bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumat verib. Hadisə nəticəsində xəsarət alanın olmadığı, lakin yaşayış sektoruna ziyan dəydiyi bildirilir.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO