Kadırovdan ABŞ-a TƏKLİF: Sanksiyaları götürün, əvəzində... – VİDEO 

Kadırovdan ABŞ-a TƏKLİF: Sanksiyaları götürün, əvəzində... – VİDEO 

Hazırda oxunan: Kadırovdan ABŞ-a TƏKLİF: Sanksiyaları götürün, əvəzində... – VİDEO 

172136

Çeçenistan rəhbəri Ramzan Kadırov ABŞ-a 20 ukraynalı məhbusun təhvil verilməsi müqabilində onun qohumlarına qarşı sanksiyaları ləğv etməyi təklif edib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, o, məhbusların siyahısını bir gün əvvəl Qroznıya gələn amerikalı keçmiş kəşfiyyatçı Skott Ritterə verib.

“Qonağımıza maraqlı təklifimiz var. Donetskdə, Luqanskda götürdüyümüz əsirlər var. Siyahını qonağımıza verirəm... Anamdan, qızlarımdan və günahsız insanlardan sanksiyanı götürsələr, o zaman bu insanları təhvil verəcəyik”, - deyə Kadırov bildirib.
Ramzan Kadırov əlavə edib ki, saxlanılanlarla yaxşı rəftar edilib və əslində onların günahı yoxdur, onun ailə üzvləri isə heç vaxt siyasətdə iştirak etməyiblər.

Bundan əvvəl Ramzan Kadırov amerikalı keçmiş kəşfiyyatçı Skot Ritterin başçılıq etdiyi nümayəndə heyətinin Qroznıya gəldiyini yazıb.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO