Rəisi ABŞ-ni TƏHDİD ETDİ: “Hücuma cavab veriləcək”

Rəisi ABŞ-ni TƏHDİD ETDİ: “Hücuma cavab veriləcək”

Hazırda oxunan: Rəisi ABŞ-ni TƏHDİD ETDİ: “Hücuma cavab veriləcək”

172121

“Kirmandakı partlayışların məsuliyyətini üzərinə götürən İŞİD ABŞ və İsrail tərəfindən yaradılıb və idarə edilir. Qisas təşəbbüsü İran Silahlı Qüvvələrinin əlindədir. Hücuma cavab veriləcək. Yer və vaxt ordumuz tərəfindən müəyyən ediləcək”.

Bizim.Media xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi terror aktlarında ölənlərin dəfn mərasimində çıxış edərkən deyib.

Xatırladaq ki, çərşənbə günü günortadan sonra Qasım Süleymaninin dördüncü ildönümünün anım mərasimi zamanı Gulzari-Şuhəda yolunda iki terror partlayışı törədilib və bu kamikadze partlayışlarına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb. 
Terror hücumu nəticəsində həyatını itirənlərin sayı 89 nəfərə çatıb və onlardan 12 nəfərinin yaşı 15-dən azdır.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO