Ukraynada kütləvi raket hücumundan ölənlərin sayı 39-a ÇATIB - FOTO

Hazırda oxunan: Ukraynada kütləvi raket hücumundan ölənlərin sayı 39-a ÇATIB - FOTO

171432

Rusiya ordusu tərəfindən Ukraynaya kütləvi raket hücumu nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün “X” hesabında məlumat verib.

Zelesnki qeyd edib ki, hücum nəticəsində 120 şəhər və kənd zərər görüb, yüzlərlə mülki obyektə ziyan dəyib: “Rusiyanın hücumu ümumilikdə 159 nəfərə təsir edib. Təəssüf ki, indiyədək 39 ölüm var. Ailələrinə və yaxınlarına başsağlığı verirəm. Xəsarət alanlara bütün lazımi yardım göstərilib.
Mən Dövlət Fövqəladə Hallar Xidmətinin bütün xilasedicilərimizə, bələdiyyə işçilərinə, polis əməkdaşlarına, hazırda köməklik göstərən, insanlara dəstək olan, dağıntıları təmizləyən, yerlərdə normal həyatın bərpası ilə məşğul olan hər kəsə təşəkkür edirəm”.

Ukrayna lideri bu hücumu pisləyən bütün dünya liderlərinə, siyasətçilərinə və ictimai xadimlərinə xüsusi minnətdarlığını bildirib:

“Mən dünyanın hər yerindən xalqımızın yanında olan və Rusiyanın təcavüzü və müdafiəmiz haqqında həqiqəti əks etdirən faktlar yazan jurnalistlərə minnətdaram.

Ukraynalıların əlində olan silahlar həmişə insanların həyatını qorumaq vasitəsidir və Rusiya terrorunun hər bir təzahürü dönə-dönə sübut edir ki, biz terrora qarşı duranlara yardımı gecikdirə bilmərik. Biz birlikdə buna qalib gəlməliyik”.

Qeyd edək ki, ki, dekabrın 29-da Rusiya ordusu Ukraynanın Kiyev, Odessa, Dnepr, Xarkov, Xmelnits, Nikolayev və Lvov vilayətləri də  kütləvi şəkildə raket atəşinə tutub. 








Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO