Ukrayna Azərbaycanlılarının rəhbəri Mövlud Çavuşoğlu ilə görüşdü

Ukrayna Azərbaycanlılarının rəhbəri Mövlud Çavuşoğlu ilə görüşdü

Hazırda oxunan: Ukrayna Azərbaycanlılarının rəhbəri Mövlud Çavuşoğlu ilə görüşdü

168458
Ukrayna Millətlər Assambleyasının rəhbəri,Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev Ukraynada rəsmi səfərdə olan Türkiyə Cümhuriyyəti Xarici İşlər Naziri Cənab Mövlud Çavuşoğlu ilə görüşüb. Görüş zamanı Türkiyə və Ukrayna münasibətləri və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Ukraynada yaşayan bütün millətlər, xüsusilə də azərbaycanlılar adından Türkiyə XİN rəhbərinə minnətdarlığını bildirən Rövşən Tağıyev Türkiyənin hər zaman Ukrayna və Azərbaycanı dəstəklədiyini, habelə ölkələrin əraiz bütövlüyü məsələsində rəsmi Ankaranın prinsipial mövqe tutduğunu bildirib. Rövşən Tağıyev Türkiyə XİN rəhbərinə bildirib ki, Azərbaycan diaspora Ukraynadakı Türkdilli xalqlar arasında sayca ən böyükdür və Ukraynanın içtimai-siyasi həyatında mühüm rol oynayırlar.

Görüş zamanı bildirilib ki, Türkiyə xalqı hər zaman tale yüklü məsələlərdə Ukraynadakı Azərbaycan diasporunun dəstəyinə əmin ola bilər.
Qeyd edək ki, görüşdə Türkiyənin Ukraynadakı səfiri Yonet Tezel, Ukrayna İqtisadi İnkişaf Nazirinin müvini Titarçuk Mixail və Ukrayna Millətlər Şurasının sədr müavini Timur Masautov iştirak ediblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO