Kiyevə növbəti PUA hücumu – Yaralananlar var - FOTO/VİDEO

Kiyevə növbəti PUA hücumu – Yaralananlar var - FOTO/VİDEO

Hazırda oxunan: Kiyevə növbəti PUA hücumu – Yaralananlar var - FOTO/VİDEO

166045

Rusiya silahlı qüvvələri noyabrın 25-nə keçən gecə və səhər saatlarında Kiyevə PUA hücumu edib. 

Bizim.Media xəbər verir ki, yerli vaxtla səhər 05:30 radələrindən başlayaraq Kiyevdə partlayış səsləri eşidilib. Şəhərdə hava hücumundan müdafiə sistemi aktiv şəkildə işə düşüb. 

Kiyev şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popkonun yaydığı məlumata görə, Rusiyanın kamikadze dronları hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilsə də, qalıqları dağıntılara səbəb olub. Bildirilib ki, Rusiya ordusunun atdığı 75 drondan 71-i zərərsizləşdirilib. 
Kiyev meri Vitali Kliçkonun teleqram kanalında verdiyi məlumata görə, Rusiyanın hücumu nəticəsində 5 nəfər yaralanıb, onların arasında 11 yaşlı uşaq da var. 

 













Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO