Roma Papası İsrail və Fələstini sülhə çağırdı

Roma Papası İsrail və Fələstini sülhə çağırdı

Hazırda oxunan: Roma Papası İsrail və Fələstini sülhə çağırdı
158885
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk İsrail və Fələstini sülhə çağırıb.

Bizim.Media xəbər verir ki, Roma Papası İsraildə baş verənləri narahatlıq və ağrı ilə izlədiyini qeyd edib. Zorakılığın daha da şiddətli şəkildə baş verdiyini, bunun yüzlərlə insanın ölümünə və yaralanmasına səbəb olduğunu bildirib.

O, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, dəhşət və iztirab yaşayan insanlar üçün dua etdiyini deyib.

“Hücumları və silahları dayandırın. Çünki terror və müharibə heç bir həll yolu ilə deyil, yalnız çoxlu sayda günahsız insanın ölümü və iztirabı ilə nəticələnir.

İsraildə və Fələstində sülh olsun. Çünki hər müharibə bir məğlubiyyətdir. Gəlin, İsraildə və Fələstində sülhə nail olunması üçün dua edək”, - deyə Papa Fransisk vurğulayıb.

Roma Katolik Kilsəsinin rəhbəri münaqişədə olan ölkələrə müraciət edərək işgəncələrə məruz qalan və hər gün çox əziyyət çəkən Ukrayna xalqının yaşadıqlarını xatırladıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO