Bu ilin avqust ayında Türkiyədə “qanuni oğru”x9d Rövşən Canıyevin (“Lənkəranski”x9d) öldürülməsi, Ded Xasan klanında “tax-tac”x9da sahiblənmiş xa0Zaxari Kalaşovun(“Şakro Molodoy”x9d) həbsi, kriminal aləmin generallarından sayılan Merab Canqveladzenin (“Suxumski”x9d) xa0isə Rusiyaya ömürlük xa0gəlmək yasağı Rusiyadakı slavyan kriminalında xa0yeni “boss”x9dun kimin olacağı barədə ciddi müzakirələrə yol açıb. xa0Söhbət slavyan kriminal qruplaşmasından gedir.xa0
Primecrime.ru xa0saytının məlumatına görə, bir neçə gün əvvəl bununla bağlı müzakirələr aparılıb. xa0Məlumda deyilir xa0ki, Aleksandr xa0Petrov (“Petrik”x9d) və Oleq Şişkanov (“Şişkan”x9d) slavyan qruplaşmasına rəhbərlik etmək barədə təklifə birmənalı “yox ”x9ddeyiblər. xa0Onlar xa0slavyan qruplaşmasına xa0Vladimir Tyurinin (“Tyurik”x9d) xa0başçılığını təklif ediblər. xa0Tyurin xa0isə bu təklifə etiraz etməyib. Oxucular üçün maraqlı olacağını xa0nəzərə alaraq, Rusiya kriminalının yeni bosu xa0haqda əldə etdiyimiz məlumatları təqdim edirik.xa0
***
Vladimir Tyurin 1958-ci il, noyabrın 25-də Başqırdıstan Muxtar Respublikasının Tirlyanski qəsəbəsində anadan olub. Orta məktəbi qızıl medalla qurtaran Tyurin əvvəl peşəkar musiqi təhsili alıb, sonralar isə Sankt-Peterburq Politexnik Universitetini bitirib. Həbsxanaya yolu 1974-cü ildə qarət ittihamı ilə başlayıb. Bir neçə il İrkutsk həbsxanalarında cəza çəkib.

Vyaçeslav İvankovun (“Yapoançik”x9d) İrkutsk vilayətindəki “smotryayuşi”x9dsi Aleksandr Moiseyev 1991-ci il, iyunun 10-da öz avtomobilində partlayış nəticəsində öldürülür. “Masya”x9d ləqəbli Moiseyevin yaxın dostu olan Tyurini də bundan sonra eyni üsulla öldürmək istəyirlər. Amma onun maşınına atılan əl qumbarası partlasa da o, sui-qəsddən sağ qurtula bilir. 1993-cü ildə “qanuni oğru”x9d adını “Yaponçik”x9din xeyir-duası ilə alan Tyurin tezliklə kriminal aləmin ən nüfuzlu liderlərindən birinə çevrilir. O, “Bratskoye”x9d adlanan kriminal qruplaşmaya rəhbərlik edir. Əsasən, alüminium və meşə təsərrüfatı mallarının Sankt-Peterburqdan Pribaltikaya, oradan isə Qərbi Avropaya daşınmasına nəzarət edən Tyurin Moskvada da bir neçə tanınmış kazinolara rəhbərlik edir.
Rusiya kriminalitetinin xa0o zamankı ağaları - “Yaponçik”x9d, “Şakro Molodoy”x9d, Tariel Oniani (“Taro”x9d) 1990-cı illərdə Avropaya üz tutur ki, onların arasında Tyurin də olur. Əsasən İspaniyada məskunlaşan rusiyalı mafiozlar tez-tez Aslan Usoyanın da iştirak etdiyi “sxodka”x9dlarda kriminal yolla əldə edilən gəlirləri bölüşdürür, nüfuz dairələrini gündən-günə genişləndirir və Avropanın kurort şəhərlərini pulla nəzarətə almağa başlayırlar.
Nəhayət, İspaniya polisinin 2005-ci ildə Rusiya mafiyasına qarşı keçirdiyi əməliyyat zamanı bir çox “qanuni oğrular”x9d həbs edilir. Amma Tyurin ələ keçmir.xa0
Həmin vaxt Rusiyada olan mafiozu İspaniya polisi beynəlxalq axtarışa verir. Uzun müddət ələ keçməyən Tyurin 2009-cu ildə “İnterpol”x9d xətti ilə Monqolustanda həbs edilir. İspaniya polisi onu aparmaq üçün gələndə isə həbsxanada Tyurinin ən məşhur tryuku üzə çıxır. Belə ki, polis həbsxanada onun doğma qardaşını tapır...
2010-cu ildə FTX və Rusiya milisi (o zaman milis adlanırdı) Tyurini Moskvada həbs edir. İspaniya polisi onu kriminal qruplaşma yaratmaqda, çirkli pulların yuyulmasında ittiham edir və ekstradisiya olunması üçün icazə istəyir. Amma məlum olur ki, Tyurin Rusiya vətəndaşlığını saxta yolla alıb və əslində xa0Qazaxıstan vətəndaşıdır. Butırka təcridxanasında o mütəmadi olaraq “Ded Xasan”x9dla əlaqə saxlayır. Həmin vaxt o da məlum olur ki, sən demə, Tyurin həbs edilməyənədək iqtisadiyyat və idarəçilik mövzunda namizədlik dissertasiyası yazırmış və tezliklə müdafiə edəcəkmiş. 2011-ci ildə Moskva məhkəməsi onun barəsindəki həbs qərarını ev dustaqlığı ilə əvəz edir.
2012-ci ildə vəkilləri onun Rusiya vətəndaşlığının saxta olmadığını sübuta yetirirlər. Rusiya vətəndaşının başqa ölkəyə verilməsi konstitusiya ilə qadağan olunduğunda Baş Prokurorluq İspaniya polisinin müraciətini rədd edir. Bundan sonra onun ev dustaqlığı barədə qərar da dəyişdirilir.
Məlumatlara görə, “Ded”x9də yaxınlığına baxmayaraq, Tyurin eyni istedadla Rusiyanın bir çox tanınmış siyasi xadimləri, biznes dairələri, eləcə də elm və incəsənət nümayəndələri ilə ciddi əlaqələrə malikdir. Onun vətəndaş nikahında olduğu Mariya Maksakova opera ifaçısıdır və 2011-ci ildə hakim Vahid Rusiya Partiyasından deputat seçilib. Onların bir oğlu, bir qızı var. Tyurin indi daha çox alüminium, ağac məmulatları istehsalı, neft-kimya sənayesi, enerji və bank sektorunda fəaldır. Onun Moskva ilə yanaşı Avropanın bir sıra ölkələrində daşınmaz əmlakı var.
Tyurin “Ded”x9din sağlığında onun klanının maliyyə məsələlərinə cavabdeh olub. Onun adı Rusiyadakı bir sıra qətllərdə hallanıb. Məsələn, Sankt-Peterburqda 1997-ci ildə öldürülən vitse-qubernator Mixail Maneviç “Ded Xasan”x9d klanının bu bölgədə fəallaşmasına qarşı çıxdığı üçün Tyurinin sifarişi ilə öldürüldüyü deyilir. “Tatneft”x9din təhlükəsizlik xidmətinin rəhbəri, “Tainvestneftqaz”x9d firmasının baş direktorunun öldürülməsində də onun adı hallanıb.(musavat.com)


































































































