Odessaya İran dronları ilə zərbə endirildi: Dağıntılar var - FOTO

Odessaya İran dronları ilə zərbə endirildi: Dağıntılar var - FOTO

Hazırda oxunan: Odessaya İran dronları ilə zərbə endirildi: Dağıntılar var - FOTO

153412

Rusiya qoşunları bu gecə, sentyabrın 3-də İran istehsalı “Şahed” kamikadze dronlarının köməyi ilə Odessa vilayətində liman infrastrukturuna hücum edib. Ümumilikdə, 25 dron hücumu həyata keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.

"Rusiya ordusu cənub və cənub-şərqdən Şahed-136/131 PUA-ları ilə bir neçə hücum dalğası həyata keçirib. Kamikadze dronlarının 22-si Ukrayna Müdafiə Qüvvələrinin digər komponentlərinin hava hücumundan müdafiəsi ilə birlikdə Hərbi Hava Qüvvələrinin qüvvə və vasitələri tərəfindən məhv edilib”, - deyə məlumatda bildirilir.
Dron hücumları nəticəsində liman infrastrukturuna zərər dəyib, yanğın baş verib. İlkin məlumata görə, 2 mülki şəxs yaralanıb.






Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO