Putin Priqojinin ölümü ilə bağlı başsağlığı verdi

Putin Priqojinin ölümü ilə bağlı başsağlığı verdi

Hazırda oxunan: Putin Priqojinin ölümü ilə bağlı başsağlığı verdi

152226

Rusiya Prezidenti Vladimir Putin avqustun 23-də Tver vilayətində qəzaya uğramış təyyarədə həlak olanların ailələrinə başsağlığı verib. 

Bizim.Media xəbər verir ki, V.Putin “Vaqner” qruplaşmasının rəhbəri Yevgeni Priqojinlə xatirələrini bölüşüb. 

“Mən Yevgeni Priqojini 1990-cı ilən tanıyıram. O, mürəkkəb xarakterli insan idi, həyatda ciddi səhvləri var idi. Həm özü üçün, həm də mən ondan ümumi iş naminə, nə isə xahiş edəndə lazımi nəticələrə nail olurdu. O, istedadlı adam, istedadlı biznesmen idi”, - deyə Putin qeyd edib. 
Qeyd edək ki, ötən gün “Vaqner” hərbi birləşməsinin rəhbəri Yevgeni.Priqojinin də olduğu təyyarə Tver vilayətində qəzaya uğrayıb. Moskvadan Sankt-Peterburqa uçan təyyarənin göyərtəsində 3 nəfər heyət üzvü və 7 sərnişin həlak olub. Ölənlər arasında Vaqner”in komandiri Dmitri Utkin də olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO