Ərdoğan xalqdan üzr istədi...

Ərdoğan xalqdan üzr istədi...

Hazırda oxunan: Ərdoğan xalqdan üzr istədi...

146714
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə qiyamçıları vaxtında aşkar edə bilmədiyi üçün xalqdan üzr istəyib. 

Moderator.az “Anadolu”x9d agentliyinə istinadən xəbər verir ki, Ərdoğan Ankarada Dini Şuranın iclasında bəyan edib.  

“Bütün bunlara baxmayaraq, mən satqınların əsl üzlərinin daha öncə aşkar edilmədiyinə qüssələnirəm. Bilirəm ki, bunlara görə, həm Allah, həm də xalq qarşısında cavabdehik. Qoy onlar bizi bağışlasınlar”x9d, - deyə Ərdoğan bildirib. 

Amma o qeyd edib ki, Türkiyə hakimiyyətinin əməliyyatlar zamanı həyata keçirdikləri tədbirlər olmasaydı, qiyamçıların əməllərinin miqyası daha geniş olardı. 

Ərdoğan həmçinin növbəti dəfə Fətullah Gülənin rəhbərlik etdiyi terror təşkilatı ilə mübarizədən söz açdı. 

Daha öncə Türkiyədə çevrilişə cəhddən sonra 58 min nəfər vəzifəsindən uzaqlaşdırıldığı məlum olub. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO