Türkiyə DİN rəhbərindən 15 iyul açıqlaması: “Bu ölkəni diz çökdürə bilməyəcəksiniz!”

Hazırda oxunan: Türkiyə DİN rəhbərindən 15 iyul açıqlaması: “Bu ölkəni diz çökdürə bilməyəcəksiniz!”

146330

Türkiyə daxili işlər naziri Əli Yerlikaya “Tvitter” hesabından 15 İyul - Demokratiya və Milli Birlik Gününün 7-ci ildönümü ilə bağlı mesaj ünvanlayıb.

Bizim.Media CNN Türk-ə istinadən xəbər verir ki, nazir paylaşımında “15 İyulun 7-ci ildönümündə ölkəmizin hər yerində şəhidlərimizi, Türk Əsrinin qəhrəmanı olan qazilərimizi, milyonlarla məmləkət övladını anacağıq. Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın da dilə gətirdiyi kimi, hayqıracağıq:

"Millətimizi parçalaya bilməyəcəksiniz! Siz bayrağımızı endirə bilməyəcəksiniz! Ölkəmizi parçalaya bilməyəcəksiniz! Dövlətimizi məhv etməyəcəksiniz! Dualarımızı susdurmayacaqsız! Bu ölkəni diz çökdürə bilməyəcəksiniz!”, - deyə yazıb.
Nazir paylaşdığı videoda "Əziz bacı-qardaşlarım. 15 iyul xain çevriliş cəhdindən 7 il keçir. Millətimizin şanlı zəfəri var. Sinələri inamla çevriliş cəhdini dayandıran, əli yalın tanklara, toplara, təyyarələrə meydan oxuyan şəhidlərimizin hüznünü yaşayırıq. Onların şəhidliyi millətimizin qəlbinə həkk olunub. FETÖ xainlərinə qarşı amansız mübarizəmiz bitməyib və bitməyəcək. Şəhidlərimizin və qazilərimizin qanı yerdə qalmayacaq və onların əziz xatirələrini yaşatdıqca yaşadacağıq” – deyə qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO