ÜST-dən daha bir XƏBƏRDARLIQ: Bu təhlükə aradan qalxmayıb

Hazırda oxunan: ÜST-dən daha bir XƏBƏRDARLIQ: Bu təhlükə aradan qalxmayıb

143748

COVID-19 pandemiyası ilə mübarizədə qlobal fövqəladə vəziyyətin sona çatması ilə bağlı may ayında verilən açıqlama SARS-CoV-2-dən daha ölümcül patogenin təhlükəsinin aradan qalxması demək deyil.

Bizim.Media xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus fəxri doktor adına layiq görüldüyü Portuqaliyanın Koimbra Universitetində çıxışı zamanı deyib.

“May ayında mən nəhayət ki, COVID-19-un sonunu elan edə bildim... Ancaq COVID-19 pandemiyası başa çatsa da, daha ölümcül potensiala malik başqa bir patogenin ortaya çıxması təhlükəsi hələ də qalmaqdadır”, - o bildirib.

Baş direktor bəşəriyyətin “bu çətin dövrlərdə elmi və ictimai sağlamlığı müdafiə edənlərə borclu olduğunu” xatırladaraq, “pandemiya illərindən dərs almağa” çağırıb.

Deyib ki, biz yeni pandemiyalara hazırlaşmalıyıq. Onun sözlərinə görə, bu, pandemiyaya hazırlıq və cavab tədbirləri üzrə yeni beynəlxalq sazişlər vasitəsilə edilə bilər. Qebreyesus "dünyanı gələcək nəsillər üçün daha təhlükəsiz yerə çevirəcək" razılaşmanın əldə olunacağına əminliyini ifadə edib.
Qlobal səhiyyədə koronavirusla əlaqədar fövqəladə vəziyyət 2020-ci ilin yanvar ayının sonundan 2023-cü il mayın 5-dək qüvvədə olub. ÜST 2020-ci il martın 11-də COVID-19 epidemiyasını pandemiya kimi xarakterizə etdi. Təşkilatın saytında dərc olunan bu il iyunun 21-nə olan məlumata görə, dünyada 768 milyon 187 min 96 nəfər koronavirusa yoluxub, 6 milyon 945 min 714 nəfər ölüb. Qebreyesus mayın 5-də Cenevrədə keçirdiyi brifinqdə isə COVID-19 səbəbindən ölənlərin sayının ən azı 20 milyon olduğunu bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO