“Putinə dedim ki, tələsmə...” – Lukaşenko Priqojin qiyamının detallarını AÇIQLADI – VİDEO  

Hazırda oxunan: “Putinə dedim ki, tələsmə...” – Lukaşenko Priqojin qiyamının detallarını AÇIQLADI – VİDEO  

143569

Belarus prezidenti Aleksandr Lukaşenko “Vaqner”in qiyamı zamanı rusiyalı həmkarı Vladimir Putinlə söhbətinin detallarını açıqlayıb. 

Bizim.Media “Belta”ya istinadən xəbər verir ki, Lukaşenko Priqojinin Putinin zənglərini götürmədiyini bildirib: 

“Düşünürəm ki, ən təhlükəlisi hadisələrin necə inkişaf edəcəyi və nə ilə nəticələnə biləcəyi idi. Mən Putinə sərt tədbirlər görmək üçün tələsməməyi təklif etdim.

Dedim ki, gəl Priqojinlə, onun komandirləri ilə danışaq. Putin isə bildirdi ki, “qulaq as, Saşa, bu faydasızdır. O nə telefonları götürür, nə də kimləsə danışmaq istəyir”. 

Lukaşenko Rusiyada qiyam cəhdindən necə xəbər tutduğunu da danışıb: 

“Saat 8-dən Rusiyadakı vəziyyətlə bağlı həyəcanlı məlumatlar alırdım. Hamı mənə teleqram kanallarında yayılan xəbərləri göstərirdi. Eyni zamanda FSB və bizim Dövlət Təhlükəsizlik Komitəsi vasitəsilə də mənə hesabat verirdilər.

Sonra dedilər ki, Prezident Putin mənimlə əlaqə saxlamaq istəyir. O, zəng edib Rusiyada baş verənlərlə bağlı mənə ətraflı məlumat verdi”. 

"Mən bir neçə sual verdim və söhbətimiz zamanı anladım ki, vəziyyət mürəkkəbdir”, - deyə Belarus prezidenti əlavə edib. 
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO