Türkiyədə DELİ dronunun atış sınaqları uğurla həyata keçirildi

Hazırda oxunan: Türkiyədə DELİ dronunun atış sınaqları uğurla həyata keçirildi

143269

Türk müdafiə sənayesi çərçivəsində inkişaf etdirilən kamikadze pilotsuz uçuş aparatı (PUA) DELİ atış sınaqlarını uğurla başa vuraraq xidmətə hazır vəziyyətə gətirilib.

Bizim.Media TurkicWorld-a istinadən xəbər verir ki, Türkiyənin Titra Teknoloji şirkəti il yarım əvvəl DELİ Taktik Kamikadze Sistemi Layihəsinə başlayıb. DELİ ilk dəfə 2022-ci ilin oktyabr ayında keçirilən SAHA EXPO sərgisində nümayiş olunub.

TÜBİTAK SAGE tərəfindən DELİ Taktik Kamikadze Sistemi üçün yüksək zərbə radiusuna malik döyüş başlığı hazırlanıb.

Avtonom və əl ilə işləmə qabiliyyətinə malik olan DELİ modul quruluşu ilə asanlıqla daşına bilir və 15 dəqiqədən az müddətdə istifadəyə hazır olur. Tıxanma əleyhinə cihazlarla təhlükəsizlik səviyyəsi artırılan DELİ-nin sürəti saatda 80 kilometrdir. Maksimum sürəti isə 180 kilometrə çatır.

Bu kamikadze pilotsuz uçuş aparatı əməliyyat hündürlüyü maksimum 3500 metr olan döyüş meydanına girə bilər.

Bu layihənin çoxlu uçuşları həyata keçirilib, platforma, sistem və alt sistemləri yoxlanılıb. Nəhayət, döyüş sursatları ilə yekun ixtisas sınağı keçirilib.

"Bu həftə keçirdiyimiz sınaqlarda ilk dəfə həqiqi güllədən istifadə etdik. Güclü küləyə baxmayaraq, müəyyən etdiyimiz hədəfləri tam dəqiqliklə vura bildik. Həm platforma, həm də inkişaf etdirdiyimiz unikal rəhbərlik sistemi və layihədə maraqlı tərəfimiz olan TÜBİTAK SAGE tərəfindən hazırlanmış sursat və fünye sistemi ilə DELİ öz sinfində dünyanın ən yaxşısı olmağa namizəddir",- Titra Teknoloji şirkətinin baş direktoru Davut Yılmaz bildirib.

Direktor onu da qeyd edib ki, dünyadakı müharibələrdə kamikadzelərin artan əhəmiyyətini nəzərə alaraq, son illərdə ölkəmizə belə bir strateji məhsul gətirdiyimiz üçün çox xoşbəxtik və qürur duyuruq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO