Ermənistan prezidenti Serj Sarkisyan öz iqamətgahında Roma Papası Fransiski qəbul edərkən protokol səhvi edib.xa0
Bu barədə Oxu.Az erməni KİV-ə istinadən xəbər verir.
Sarkisyan 80 yaşlı pontifikə qarşı hörmətsizlik edərək kresloya Papadan qabaq əyləşib. Səhvini başa düşən Ermənistan prezidenti ayağa qalxaraq Papanın əyləşməsini gözləyib.


































































































