ABŞ F-16 qırıcılarını Ukraynaya GÖNDƏRİR – VİDEO  

ABŞ F-16 qırıcılarını Ukraynaya GÖNDƏRİR – VİDEO  

Hazırda oxunan: ABŞ F-16 qırıcılarını Ukraynaya GÖNDƏRİR – VİDEO  

141190

“Ukrayna Hərbi Hava Qüvvələrinin pilotları bu yay ABŞ istehsalı olan F-16 qırıcılarını idarə etmək üçün hərbi təlimlərə başlaya bilərlər. Bu, Ukraynanı Rusiya ilə müharibədə güclü və uzunmüddətli potensialla təmin etmək yolunda ilk addım olacaq”.  

Bizim.Media “NBC”ə istinadən xəbər verir ki, bunu Niderlandın müdafiə naziri Kaysa Ollonqren bildirib.  

O bildirib ki, məqsəd təlim proqramının altı ay ərzində tam bitirməkdir:  

“Uçuş simulyatorlarının olduğu Danimarka proqram üçün mümkün yerdir. Belçika və Lüksemburq ABŞ-ın dəstəklədiyi təlim proqramında iştirak edəcək. Fransa və Böyük Britaniya da öz köməyini təklif edib.  

Müharibə bitdikdən sonra Ukrayna Rusiyanın yenidən hücuma keçməməsi üçün, özünü müdafiə edə bilməlidir. Düşünürəm ki, ukraynalılar da bunu görürlər. Bu çox güclü silah sistemidir. Bu, çox güclü potensialdır. Lakin o, tezliklə əlçatan olmayacaq və prezident Volodimir Zelenski də, bundan xəbərdardır”.  
Qeyd edək ki, təlim sovet “MiQ”lərini idarə edən 12 ukraynalı pilotdan ibarət iki qrupla başlayacaq. 
 

Mirzə Altay, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO