Berluskoni vəfat etdi

Berluskoni vəfat etdi

Hazırda oxunan: Berluskoni vəfat etdi
141026
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni iyunun 12-də Milanda xəstəxanada 87 yaşında vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Corriere della Sera" nəşri yayıb.

Xatırladaq ki, Silvio Berluskoni 29 sentyabr 1936-cı ildə İtaliyanın Milan şəhərində anadan olub. Hüquq təhsili alıb, 1993-cü ildə “İrəli İtaliya” siyasi hərəkatını təsis edib.

1994-cü ildə Nazirlər Şurasının sədri və eyni zamanda parlamentin Avropa İttifaqı məsələləri və xarici siyasət Daimi Komissiyasının üzvü olub. 1994-cü ildə Avropa Parlamentinə seçkilərdə iştirak edib və qələbə qazanıb, lakin deputat mandatının və Nazirlər Şurasının sədri vəzifəsinin eyni zamanda icra edilməsi mümkün olmadığından, Avropa Parlamentinə daxil olmayıb.

1997-2008-ci illərdə müxtəlif dövrlərdə Milan şəhərinin bələdiyyə müşaviri olub. 1999-2001-ci illərdə Avropa Parlamentinə yenidən seçilib. 2001-ci ildə Nazirlər Şurasının sədri vəzifəsinə seçilib. 2002-ci ilin yanvar-noyabr aylarında Xarici işlər naziri vəzifəsini icra edib. 2004-cü ilin 3-16 iyul tarixlərində İqtisadiyyat və Maliyyə naziri vəzifəsində çalışıb. 2006-cı ilin mart-aprel aylarında Səhiyyə naziri olub.  2008-ci ildə “Azadlıq xalqı” partiyasını təsis edib.

8 may 2008-ci ildə Nazirlər Şurasının sədri seçilib. O, bu vəzifədə 2011-ci il noyabrın 16-dək çalışıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO