Putin Rusiyanın inkişafı naminə geopolitik gərginliyi azaltmalıdır.
Moderator.az “Vedomosti”x9d-yə istinadən xəbər verir ki, bu fikri Rusiya Strateji Araşdırmalar Mərkəzinin sədri Aleksey Kudrin Vladimir Putinin də iştirak etdiyi Prezident yanında İqtisadi Şuranın Rəyasət Heyətinin toplantısında deyib.
Putinin həyata keçirdiyi siyasətinin Rusiya üçün ziyanlı oduğunu dilə gətirən A. Kudrin Rusiya prezidentini inandırmağa çalışıb ki, ölkə çox ciddi texnoloji inkişaf cəhətdən çox geri qalmaqdadır. “Ona görə də Rusiyanı beynəlxalq zəncirvari texnoloji inkişaf prosesindən geri salmaq olmaz. Biz bu prosesdə hətta ikinci rolda olsaq belə, prosesdə iştirak etməliyik”x9d, - deyə A. Kudrin vurğulayıb.
A.Kudrinin bu fikrinə Putnin cavab verərək deyib ki, konflikti Rusiya başlamayıb: “Rusiyanın min illik bir tarixi var və bu ölkənin suverenliyini hər hansı formada güzəştə getməyəcək. Mən ömrümün sonunadək ölkənin suverenliyi uğrunda mübarizəmi davam etdirəcəyəm”x9d.
Putin əlavə edib ki, yaranmış bu gərginliyi o qədər də şişirtməyə ehtiyac yoxdur və təxribatlara uymaq lazım deyil.
Xarici kapitala və investorlara gəldikdə isə Putin deyib ki, kimə burada işləmək münasibdirsə, onsuz da o Rusiyadan getməyəcək.
Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov İqtisadi Şurada yaranmış bu hadisəyə münasibət bildirməkdən yayınıb.
Qeyd edək ki, Alkesey Kudrin Putinin göstərişi ilə Strateji Araşdırmalar Mərkəzinə rəhbərlik edir və bu Mərkəz ölkənin 2018-ci ildən sonrakı strateji inkişaf strategiyasını hazırlayır.

































































































