TDT Türkiyədəki seçkilərlə bağlı BƏYANAT YAYDI  

TDT Türkiyədəki seçkilərlə bağlı BƏYANAT YAYDI  

Hazırda oxunan: TDT Türkiyədəki seçkilərlə bağlı BƏYANAT YAYDI  
136043
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türk Dövlətləri Təşkilatı (TDT) Türkiyədə keçirilən seçkilərlə bağlı bəyanat yayıb. 

Bizim.Media xəbər verir ki, TDT seçkilərlə əlaqədar 11-14 may tarixlərində Türkiyəyə Beynəlxalq Seçki Müşahidə Missiyası göndərib. 

Qeyd olunub ki, TDT Beynəlxalq Seçki Müşahidə Missiyası Türkiyə Respublikası Prezidenti və 28-ci dövr Parlament seçkilərinin açıq, şəffaf və rəqabətli olduğunu, Türkiyə Respublikasının milli qanunvericiliyinə və qəbul edilmiş beynəlxalq seçki standartlarına uyğun olduğunu təsdiq edir. 

“Missiya uğurlu seçkilər münasibətilə Türkiyə Cümhuriyyətini və qardaş türk xalqını təbrik edir və seçkilərin nəticələrinin ölkənin daha da inkişafına və çiçəklənməsinə töhfə verəcəyinə inandığını bildirir”, - deyə vurğulanıb. 

Əlavə olunub ki, missiya ümumilikdə 170 seçki məntəqəsində olub, inzibati orqanların və ya hüquq-mühafizə orqanlarının əməkdaşlarının seçki məntəqələrində işlərə müdaxilə etdiyinə dair heç bir sübut aşkar etməyib.
Həmçinin səsvermə günü insanların iradə azadlığını təmin etmək üçün bütün zəruri tədbirlər görülüb. Seçkinin nəticələrinə təsir edə biləcək ciddi texniki problem aşkarlanmayıb. 
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO