Ukraynaya 60 raket zərbəsi ENDİRİLDİ - Ölənlər var

Ukraynaya 60 raket zərbəsi ENDİRİLDİ - Ölənlər var

Hazırda oxunan: Ukraynaya 60 raket zərbəsi ENDİRİLDİ - Ölənlər var
132398
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Rusiya son sutkada Ukrayna ərazisinə 60 raket zərbəsi endirib. Dinc əhali arasında ölən və yaralananlar var”.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının cəbhədəki durumla bağlı gündəlik operativ məlumatında qeyd olunub.

Bildirilib ki, Rusiya beynəlxalq humanitar hüquqa məhəl qoymur, yaşayış binalarını və infrastrukturu məhv edir:

“Son sutkada müxtəlif istiqamətlərdə qarşı tərəfin 60-a yaxın hücumu dəf edilib. Düşmənin əsas səyləri Baxmut, Avdivka və Marinka istiqamətlərinə yönəlib. Ən şiddətli döyüşlər Baxmut və Marinka şəhərlərində gedir”.

Məlumata görə, qarşı tərəf döyüş meydanında tibb işçiləri çatışmazlığından əziyyət çəkir:

“Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası son 24 saat ərzində işğalçıların cəmləşdiyi ərazilərə 14 zərbə endirib. Həmçinin düşmənin 2 ədəd “Merlin” tipli kəşfiyyat PUA-sı və 1 ədəd “Orlan-10” tipli kəşfiyyat aparatı, həmçinin “Lanset” tipli 8 kamikadze PUA-sı vurulub. Raket qoşunları və artilleriya bölmələri düşmənin 3 radioelektron döyüş stansiyasını vurub”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO