Dünya tibb elmində həşaratlarla müalicə üsulu qədim zamanlardan tətbiq edilib. ABŞ-ın xa0Şimali Karolina Dövlət Universitetinin tədqiqatçıları tərəfindən aparılan təcrübələr göstərdi ki, 2 yeni üsulla modifikasiya edilmiş barama sürfələri yaraların daha tez sağalmasına yardım edəcək.
Şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanlarda yaraların gec sağaldığı hər kəsə məlumdur. Professor Maks Skotun sözlərinə görə, barama sürfələrinin modifikasiya olunan genləri xəstələrin yaralarını tez bir zamanda sağaltmaqla yanaşı, amputasiya olunmaq ehtimalını da azaldacaq. Bu üsulla müalicə aşağı və ya orta yaşayış səviyyəsi olan ölkələrdə şəkər xəstəliyindən əziyyət çəkən insanları uzun sürən və bahalı müalicələrdən azad edəcək.xa0
Bu barədə xəbər bir çox elmi və tibbi jurnallarda, məşhur discovery.com saytında və Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi saytında da işıqlandılıb.
Elmin Nuri

































































































