Akkuyu Atom Elektrik Stansiyası ilə bağlı Ərdoğandan VACİB AÇIQLAMA

Akkuyu Atom Elektrik Stansiyası ilə bağlı Ərdoğandan VACİB AÇIQLAMA

Hazırda oxunan: Akkuyu Atom Elektrik Stansiyası ilə bağlı Ərdoğandan VACİB AÇIQLAMA
126385
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin ilk atom elektrik stansiyası olan “Akkuyu Atom Elektrik Stansiyası”nın işə salınması ölkənin elektrik enerjisi ilə təmin olunmasına mühüm töhfə olacaq.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balıkəsir vilayətində çıxışı zamanı bu barədə danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğan yağışda islanan jurnalistə ayaqqabı hədiyyə etdi - VİDEO


“Yaxın aylarda biz “Akkuyu” AES-in ilk enerji blokunu işə salacağıq. Bütün aqreqatların istifadəyə verilməsi ilə bu stansiya ölkəmizin elektrik enerjisi ilə fasiləsiz və balanslı təminatına çox mühüm töhfə verəcəkdir”- deyə o bildirib.

Onun sözlərinə görə, Türkiyədə günəş enerjisi hesabına xeyli miqdarda elektrik enerjisi istehsal olunur, külək turbinləri layihələri hazırlanır.

“Qaz sənayesinin, hidroenergetikanın və nüvə enerjisinin inkişafı yaşıl enerjinin bir hissəsidir və onun həyata keçirilməsinə töhfə verir. İndiyə qədər keçdiyimiz yol onu göstərir ki, biz bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalına görə dünyanın ilk on ölkəsinə daxil olmağa hazırlaşırıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO