İrəvan Rusiyaya təklif irəli sürdü

İrəvan Rusiyaya təklif irəli sürdü

Hazırda oxunan: İrəvan Rusiyaya təklif irəli sürdü

123898
Ermənistanın Nəqliyyat Nazirliyi rusiyalı həmkarlarına “Yuxarı Lars”x9d nəzarət-buraxılış məntəqəsində Avrasiya İqtisadi Birliyindən gələn maşınlar üçün ayrıca dəhliz yaratmağı təklif edib. xa0APA-nın “RİA Novosti”x9dyə istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın nəqliyyat nazirinin birinci müavini Artur Arakelyan bildirib.
xa0
Layihə çərçivəsində hazırkı yolun genişlənəcəyi, yaxud yolda xüsusi zolağın ayrılacağına dair suala Arakelyan cavabında təkliflərin hələlik müzakirə olunduğunu bildirib: “Seçim zamanı relyefin mürəkkəbliyi də nəzərə alınacaq”x9d. xa0xa0
xa0
“Bildiyiniz kimi Gürcüstan-Rusiya sərhədindəki yol iki dağın arasından axan çayın sahili boyunca uzanır. Qışda orada vəziyyət çox çətinləşir, yazda və payızda da vəziyyət mürəkkəb olur. Biz ərazini tədqiq edib təkliflərimizi təqdim etdik. Düşünürəm ki, qərar tezliklə veriləcək. Dəqiq vaxtı deyə bilmərəm, çünki ərazi Rusiyanındır və qərarı da onlar verməlidir”x9d, - deyə Arakelyan bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO