Həbsxanada dəhşətli dava: 
 49 nəfər həlak olub

Həbsxanada dəhşətli dava: 49 nəfər həlak olub

Hazırda oxunan: Həbsxanada dəhşətli dava: 49 nəfər həlak olub

120974
Meksikanın Nuevo-Leon ştatının “Topo-Çiko”x9d həbsxanasında məhbuslar iğtişaş törədib, nəticədə 49 nəfər həlak olub, 12 nəfər yaralanıb. 

Moderator.az “kp.ru”x9d-ya istinadən xəbər verir ki, yaralananlardan bəzilərinin vəziyyəti ağırdır.

Davaya “Qolfo”x9d narkotika kartelinin nümayəndəsi ilə “Los-Setas”x9d kartelinin iştirakçısı arasındakı münaqişə səbəb olub. 

Dava əsnasında məhbuslar iti dəmirlər, bita, ülgüc və dəyənəklərdən istifadə ediblər. Dava təxminən 40 dəqiqə davam edib. Həbsxananın mühafizə xidməti vəziyyəti yalnız saat yarım davam edən dava başa çatdıqdan sonra nəzarət altına almağı bacarıb.

Meksikanın prezidenti Enrike Penya Nyeto ölənlərin yaxınlarına başsağlığı verib və müvafiq orqanlara hadisənin araşdırılması barədə tapşırıqlar verib.

Tərcümə etdi: Ramil Həsənli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO