"Laçını itirmək  Ermənistanın məğlubiyyətində həlledici olacaq” - Korotçenko

Hazırda oxunan: "Laçını itirmək  Ermənistanın məğlubiyyətində həlledici olacaq” - Korotçenko

1165

“Dağlıq Qarabağa gələn Ermənistan müdafiə naziri David Tonoyan Azərbaycan Silahlı Qüvvələrinin Laçın üzərində nəzarətinin qurulmasının qarşısını almaq üçün erməni qoşunları və könüllüləri tərəfindən aparılan hərbi əməliyyatlara rəhbərliyi  üzərinə götürəcək”.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın hərbi eksperti İqor Korotçenko «Telegram» kanalında bildirib.

Onun sözlərinə görə, Laçının itirilməsi rəsmi İrəvanın məğlubiyyətində həlledici olacaq: “Hazırda Ermənistan müdafiə nazirliyinin yüksək vəzifəli şəxslərinin İrəvandan Dağlıq Qarabağa səfərləri radioəlaqə olmadan, mobil telefonlar və rabitə söndürülmüş şəkildə həyata keçirilir. Bu, Azərbaycan tərəfinin radioelektron kəşfiyyat vasitəsilə onların Qarabağdakı yerini aşkarlamasına imkan verməməsi üçün edilir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO